...

İsmət Abbasov: Moldav və gürcü şərablarının Rusiyaya gətirilməsinə qoyulan qadağa azərbaycanlı sahibkarlar üçün geniş imkanlar açır

Siyasət Materials 24 May 2006 14:40 (UTC +04:00)
İsmət Abbasov: Moldav və gürcü şərablarının Rusiyaya gətirilməsinə qoyulan qadağa azərbaycanlı sahibkarlar üçün geniş imkanlar açır

Rusiya hökumətinin Moldova və Gürcüstanıfn istehsalı olan şərabın idxalına qoyduğu qadağı Azərbaycanın sahibkarları üçün geniş imkanlar açır. Trend in verdiyi məlumata görə, belə bir fikirlə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov çıxış edib.

Onun sözlərinə görə, Rusiya bazarı geniş olduğu üçün Azərbaycan tərəfindən həmişə qiymətləndirilib.

Nazir bildirib ki, Azərbaycanın şərab zavodlarının ixracının səviyyəsi əhəmiyyətli dərəcədə yaranmış vəziyyətdən asılıdır.

Gürcü şərabının alınması məsələsinə gəldikdə, Nazirliyin rəhbəri hazırda ölkənin Gürcüstandan şərab idxal etməyə tələbat hissə etmədiyini bildirib.

"Azərbaycanda yüksək keyfiyyətli şərab istehsal edən kifayət qədər müəssisə var" -deyə nazir şərh edib.

Xəbər lenti

Xəbər lenti