...

Daniel Frid: Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə qəti addımlar atmalıdır

Siyasət Materials 24 May 2006 15:22 (UTC +04:00)
Daniel Frid: Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə qəti addımlar atmalıdır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün tərəflər qəti addımlar atmalıdır. Ancaq danışıqlar prosesindəki mövcud vəziyyətə yalnız bu həftənin sonunda aydınlıq gətirmək mümkün olacaq. Trend in ATV telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə ABŞ dövlət katibinin köməkçisi Daniel Frid bəyan edib.

O xatırladıb ki, bu, son altı ay ərzində Bakıya 3-cü səfəridir. "Məqsədim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantlarının tapılmasıdır. Bütün region sakinlərinin sülh istəmək hüququ var və bunu ən yaxın vaxtlarda etmək lazımdır", - deyə D. Frid qeyd edib. O vurğulayıb ki, "bunun üçün dövlət səviyyəsində qəti addımlar atılmalıdır".

"Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan münaqişəni sülh yolu ilə həll etmək əzmindədir", - deyə amerikalı diplomat hesab edir.

Xəbər lenti

Xəbər lenti