...

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni variantların hazırlanması barədə bəyanatı nikbinlik təlqin etmir

Siyasət Materials 24 May 2006 15:35 (UTC +04:00)
ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni variantların hazırlanması barədə bəyanatı  nikbinlik təlqin etmir

ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabat münaqişəsinin nizamlanması üzrə hansısa yeni variantların hazırlanması barədə bəyanatları nikbin olmağa əsas vermir. Trend in ATI telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bəyan edib.

"Belə bəyanatlarla həmsədrlər yalnız ictimaiyyətin gözündə öz fəaliyyətlərinin əhəmiyyətini qaldırmaq istəyirlər", -deyə Azərbaycanın XİN rəhbərinin müavini bildirib. "Şübhəsiz ki, onlara (həmsədrlərə- Trend ) öz fəaliyyətlərinə haqq qazandırmaq zəruridir. Bunun üçün də hər dəfə yeni-yeni ideyalar barədə bəyanatlar eşidilir. Və bu aydındır, belə ki, onlara məlumatlandırmaq və ictimai fikri yönəltmək zəruridir",- deyə A.Əzimov bildirib.

O qeyd edib ki, həlli yalnız açıq və konkret addımların atılmasından sonra mümkün ola bilən konkret məsələlər var. "Bu addımlar aydın formada Azərbaycan tərəfinə təqdim olunmalıdır",- deyə o bildirib.

Nazir müavininin sözlərinə görə, bu, ilk növbədə Dağlıq Qarabağ ətrafında Azərbaycan ərazilərinin azad olunmasına aiddir. "Bütün bu addımlar konkret şərtlər nəzərə alınmaqla mərhələli şəkildə atılmalıdır və yalnız bu addımların əsasında rəsmi Bakı digər məsələlər üzrə öz mövqeyini ifadə edə bilər",- deyə A.Əzimov bildirib.

Xəbər lenti

Xəbər lenti