...

Azərbaycan və Rumıniya arasında əməkdaşlığa dair 7 sənədin layihəsi hazırlanır

Siyasət Materials 24 May 2006 16:17 (UTC +04:00)

Azərbaycan və Rumıniya arasında ikitərəfli əməkdaşlığın inkişafına dair 7 sənədin layihələri hazırlanır. Bu barədə Trend Rumıniyanın ölkəmizdəki səfiri Nikolae Urekeyə istinadən xəbər verir.

Onun sözlərinə görə, sənədlər iqtisadi və humanitar əməkdaşlıq sahələrini əhatə edir. Bunlar arasında terrorçuluqla mübarizə, telekommunikasiya, kənd təsərrüfatı, bank fəaliyyəti və digər sahələrdə əməkdaşlığa dair sazişlərin layihələri vardır. Sənədlər AB qanunvericiliyinə müvafiq olmalıdır. Bu, Rumıniyanın daxil olmağa hazırlaşdığı həmin beynəlxalq qurumun tələblərindən biridir.

Sənədlərin layihələrinin bir hissəsi üzərində iş artıq başa çatmaq üzrədir. Bu sənədlərin Rumıniya prezidenti Trayan Besekunun Azərbaycana rəsmi səfəri zamanı imzalanacağı nəzərdə tutulur.

Sənədlər hökumətlərarası ikitərəfli iqtisadi əməkdaşlıq komissiyasının qarşıdakı iclasında razılaşdırılacaq. Komissiyanın iclası Rumıniya hökumətində kadr dəyişikliklərindən sonra keçiriləcək. Səfirin sözlərinə görə, komissiyanın hazırkı həmsədrinin dəyişdiriləcəyi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti