...

GUAM dövlətlərinin sərhəd xidmətləri arasında əməkdaşlıq genişlənir

Siyasət Materials 24 May 2006 16:20 (UTC +04:00)

GUAM dövlətlərinin sərhəd xidmətləri arasında əməkdaşlıq genişlənir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Trend ə verilən məlumata görə, GUAM dövlətlərinin sərhəd xidmətlərinin idarə rəhbərlərinin Kiyev şəhərində keçirilmiş görüşü də bu əlaqələrin inkişaf etdirilməsinə həsr olunub.

GUAM-ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) zirvə toplantısı çərçivəsində sərhəd idarələri rəhbərlərinin keçirilmiş sayca 4-cü görüşündə transmilli cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılmasına dair məsələlər müzakirə edilib. Təşkilat çərçivəsində nəqliyyat dəhlizlərinin inkişafına dair işlərin davam etdirilməsinin zəruriliyi, buraxılış məntəqələrinin müasir texniki avadanlıqla təchiz olunması, risklərin təhlilinə əsaslanan nəzarət sisteminin yaradılması məsələlri ətrafında fikir mübadiləsi aparılıb.

Sərhəd xidmətləri əməliyyat-axtarış orqanlarının əməkdaşlarını və informasiya mübadiləsi sistemini də təkmilləşdirmək niyyətindədirlər. Bunun üçün mütəşəkkil cinayətkar qruplar haqqında məlumat mübadiləsi mexanizmi və bu qrupların fəaliyyətinin qarşısının alınmasına dair operativ tədbirlər barədə razılığa gəlinib.

Görüşün yekunlarına əsasən, əməliyyat-axtarşı orqanlarının əməkdaşları haqqında protokol və 2007-ci il üçün ümumi fəaliyyət planı imzalanıb.

Xəbər lenti

Xəbər lenti