...

Dünya Azərbaycanlıları Konqresi və Güney Azərbaycan hərəkatlarının rəhbərləri mətbuat konfransı keçiriblər

Siyasət Materials 24 May 2006 16:57 (UTC +04:00)

Mayın 24-də Dünya Azərbaycanlıları Konqresi (DAK), Güney Azərbaycan Milli Hərəkatın Müdafiə Komitəsi (GAMHMK) və Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) təmsilçiləri İranda soydaşlarımıza qarşı aparılan repressiyalarla bağlı mətbuat konfransı keçirib. Trend xəbər verir ki, ilk çıxış edən GAMHMK-nın sədri Cahandar Bayoğlu Güney Azərbaycanda etiraz aksiyaların hərəkata çevrildiyini bildirib.

C.Bayoğlu qeyd edib ki, Təbrizdə, Miyanda, Urmiyada, Zəncanda, Xoyda və Ərdəbildə yüz minlərlə insan etiraz aksiyasına qoşulub və aksiya fasiləsiz olaraq Güney Azərbaycanın bütün sərhədlərini bürüyüb: "Dinc aksiyalara rəsmi Tehranın müdaxiləsi nəticəsində 24 adam həlak olub, 1000-ə yaxın insan yaralanıb, 400-ə qədəri həbs edilib".

GAMOH təmsilçisi Ağrı Qaradağlı da çıxışında güneyli soydaşlarımızın mayın 28-də İran parlamenti önündə aksiya keçirmək barədə qərar qəbul etdiyini və aksiyaya Güney Azərbaycanın bütün bölgələrindən nümayəndələrin qatılacağını vurğulayıb. DAK rəsmisi Əli Nicat həbs edilənlərdən hələlik 10-a qədərinin, həlak olanlardan isə 1 nəfərinin kimliyinin müəyyən edə bildiklərini qeyd edib.

Mətbuat konfransının təşkilatçıları İranda insan haqlarının kobud şəkildə pozulması ilə bağlı beynəlxalq qurumlara, dünyanın aparıcı dövlətlərinə müraciət ünvanlayıblar.

Xəbər lenti

Xəbər lenti