...

İlham Əliyev İordaniya kralını Müstəqillik Günü münasibətilə təbrik edib

Siyasət Materials 24 May 2006 17:03 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev İordaniya kralı II Abdullanı ölkəsinin milli bayramı -Müstəqillik günü münasibətilə təbrik edib. Bu barədə Trend məlumat verib.

Təbrik məktubunda ikitərəfli əlaqələrin hazırki səviyyəsindən razılıq ifadə olunur. "Əminəm ki, dostluq və əməkdaşlıq ənənələri iki ölkənin xalqlarının iradəsi istiqamətində bundan sonra da qorunub saxlanılacaq", -deyə Azərbaycan dövlətinin başçısının məktubunda bildirilir.

Xəbər lenti

Xəbər lenti