...

Gürcüstan Azərbaycanlıları Milli Assambleyası Gürcüstan parlamenti və prezident aparatı qaşısında etiraz aksiyalarında iştirak edəcək

Siyasət Materials 24 May 2006 17:17 (UTC +04:00)

Mayın 26-dan başlayaraq Gürcüstan parlamenti və prezident aparatının qaşısında etiraz aksiyaları keçiriləcək. Bu barədə Trend ə Gürcüstan Azərbaycanlıları Milli Assambleyasından (GAMA) məlumat verilib.

GAMA-nın prezidenti Daşqın Gülməmmədov bildirib ki, aksiyaları indiki hakimiyyətə müxalif olan qüvvələr, müxalifət partiyaları keçirəcəklər. Onun sözlərinə görə, GAMA da bu aksiyada aktiv iştirak edəcək. D.Gülməmmədov bildirib ki, azərbaycanlıların etiraz aksiyalarında iştirakı indiki hakimiyyətdən narazılığı və bir sıra tələbləri ilə bağlıdır. GAMA prezidenti qeyd edib ki, onun təşkilatı konkret olaraq azərbaycanlıların kompakt yaşadığı dörd rayonda - Bolinisi, Dmanisi, Qardabani və Marneulidə rayon icra başçılarının milləyyətcə azərbaycanlı olmasını, həmçinin Kvemo-Kartlinin (Borçalı) qubernatoru vəzifəsinə, polis, təhlükəsizlik və vergi orqanlarına da azərbaycanlı rəhbərlər təyin olunmasını tələb edir. GAMA bu tələblərini Gürcüstanın Prezident Aparatına və parlamentinə təqdim edəcək.

Assambleya mayın 24-də yaydığı bəyanatında Gürcüstanın mövcud problemlərinə görə M.Saakaşvilini günahlandıraraq onun hakimiyyətdən sivil yolla kənarlaşdırılmasının vacibliyini bildirib. Gürcüstan Azərbaycanlıları Milli Assambleyası eyni zamanda parlamentin buraxılmasını və yeni seçkilərin təyin edilməsini, bas nazir Zurab Noqadelinin, sosial müdafiə və səhiyyə naziri Iladimer Qipaşvilinin, təhsil naziri Kaxa Lomaianinin və daxili işlər naziri Iano Merabişvilinin tutduqları vəzifələrdən azad olunmasını və həbs edilmələrini tələb edib: "Tələblərimiz yerinə yetiriməyəcəyi tədqirdə kütləvi aksiyalara başlayacağımızı bəyan edirik"-deyə bəyanatda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti