...

Milli Məclisin üzvləri NATO PA-nın sessiyasında iştirak etmək üçün mayın 25-də Parisə yola düşəcək

Siyasət Materials 24 May 2006 18:01 (UTC +04:00)

NATO Parlament Assambleyasının (PA) mayın 26-30-da Parisdə keçiriləcək növbəti sessiyasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi NATO PA-nın Azərbaycan nümayəndə heyəti iştirak edəcək. Bu barədə Trend ə adıçəkilən nümayəndə heyətinin üzvü Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.

Q.Həsənquliyev bildirib ki, sessiyada Qara dəniz regionunda əməkdaşlıq çərçivələri, Cənubi Qafqaz regionunda NATO-nun rolu, enerji təhlükəsizliyi, Orta Asiya təhlükəsizliyi, İranın nüvə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov və deputatlarımız müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, münasibətlərini açıqlayacaqlar.

Onu da bildirək ki, nümayəndə heyətinə millət vəkillərindən Tahir Süleymanov və Səyavuş Novruzov da daxildir. Azərbaycanın nümayəndə heyəti Parisə mayın 25-də yola düşəcək. Səfər iyunun 1-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti