...

Baş prokurorun birinci müavini Minsk şəhərinə yola düşüb

Siyasət Materials 24 May 2006 18:32 (UTC +04:00)

Mayın 24-də Azərbaycanın Baş prokurorunun birinci müavini Rüstəm Usubov MDB Baş prokurorlarının Koordinasiya Şurasının növbəti iclasında iştirak etmək üçün Minsk şəhərinə yola düşüb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevin sözlərinə görə, birgünlük iclas mayın 25-də keçiriləcək.

İclasda MDB ərazisində terrorizmə və ekstremizmə qarşı birgə mübarizə haqqında sənədlərin imzalanması gözlənilir.

İclasın gündəliyinə həmçinin cinayətkralıqla mübariz üzrə MDB çərçivəsində qəbul edilmiş proşqramların həyata keçirilməsi, dövlət ittihamı sahəsində təcrübə mübadiləsi üzrə əməkdaşlığın perspektivlərinin müzakirəsi də daxildir.

Müzakirə olunacaq məsələlər arasnıda iqtisadi sahədə qanun pozuntuları sahəsində mıbarizənin təkmilləşdirilməsi və vətəndaş hüquqlarının qorunması da var.

Xəbər lenti

Xəbər lenti