...

Prezident İlham Əliyev Minsk qrupunun həmsədri olan ölkələrin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 24 May 2006 19:00 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 24-də Prezident sarayında Minsk qrupunun həmsədri olan ölkələrin nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, nümayəndə heyətinə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini Daniel Frid, Fransa prezidentinin beynəlxalq məsələlərə dair müşaviri Pyer Morel, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi daxildir.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə əlaqədar aparılan danışıqlarla bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti