...

Gənclər və idman naziri Azad Rəhimov Gəncə İncəsənət Mərkəzində olub

Siyasət Materials 24 May 2006 19:35 (UTC +04:00)

Gənclər və idman naziri Azad Rəhimov və şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov bu gün Gəncə İncəsənət Mərkəzində olublar. Nazir mərkəzə üzv olan gənclərlə görüşüb və onların problemləri ilə maraqlanıb. Qeyd edib ki, nazirlik daim çalışır ki, Azərbaycan gəncliyi problemsiz yaşasın. Azad Rəhimov burda gənc rəssamların işləri ilə də tanış olub və nazirlik tərəfindən hər cür kömək göstəriləcəyini bildirib.

Sonra Nazir Gəncə Olimpiya İdman Kompleksində tikilən üzgüçülük hovuzuna baş çəkib və burada gedən işlərlə tanış olub. O əmin olduğunu bildirib ki, Gəncə idmançıları digər idman növlərində məharət göstərdikləri kimi, üzgüçülər də uğurlar əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti