...

54 ədəd hərbi texnika Batumi bazasından Ermənistana yola salınıb

Siyasət Materials 25 May 2006 12:04 (UTC +04:00)

Bu gecə Rusiyaya məxsus hərbi texnika ilə yüklənmiş eşelon Batumidən Ermənistanın Gümrü şəhərinə yola salınıb. Gürcüstan Müdafiə Nazirliyindən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, eşelon 54 ədəd ağır texnikanın yükləndiyi 22 vaqondan ibarətdir. Bunun 24-ü zirehli maşın, 22-si yük maşını, 28-i isə qoşqulu hərbi texnikadır.

Bu texnika Rusiyanın Gümrüdəki hərbi bazasına yerləşdiriləcək. Gürcüstan və Rusiya arasında imzalanmış sazişə uyğun olaraq Rusiya 2008-ci ilədək Batumi bazasını boşaltmalıdır.

Xəbər lenti

Xəbər lenti