...

GAMOH-un Avropa Təşkilatı Almaniyanın Hannover və Berlin şəhərlərində aksiyalar keçirməyi planlaşdırıb

Siyasət Materials 25 May 2006 13:00 (UTC +04:00)

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Avropa Təşkilatı Almaniyanın Hannover və Berlin şəhərlərində aksiyalar keçirməyi planlaşdırıb. Trend xəbər verir ki, aksiya Güney azərbaycanlılarının hüquqlarının tapdanması ilə bağlı olacaq.

GAMOH-un Avropa Təşkilatı Hannoverdə mayın 26-ı saat 13.00-dan 14.00-dək, Berlində isə mayın 27-də saat 17.00-dan 18.30-dək etiraz aksiyalarını planlaşdırıb.

Hannoverdə aksiyanın Am Kröpske meydanında, Berlində isə İran İslam Respublikasının səfirliyi qarşısında keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti