...

Salyanda tərkrar səpin keçirilib

Siyasət Materials 25 May 2006 13:48 (UTC +04:00)

Son illər Salyanda taxılçılıq, heyvandarlıqla yanaşı, pambıqçılığa da maraq artıb. Bunu "Salyan-pambıq" ATSC ilə bağlanan müqavilələrin sayının artması göstərir. Bu il rayonda torpaq mülkiyyətçiləri tərəfindən 3594 hektar sahədə çiyıd (pambığın toxumu) səpini keçirilib. Artıq 3000 hektardan çox sahədə normal çıxış alınıb. Lakin son vaxtlar havaların qeyri-sabit keçməsi bir sıra çətinliklər yaradır.

Belə ki, yağıntılar nəticəsində yenicə cücərən bitkilərin köklərində çürümələr əmələ gəlib, onlarla hektar sahə yararsız hala düşüb. Bu səbəbdən həm torpaq mülkiyyətçilərinə, həm də səhmdar cəmiyyətə xeyli miqdarda ziyan dəyib. "Salyan-pambıq" ATSC-dən verilən məlumata görə, bütün bunlara baxmayaraq yenidən əkin sahələrində təkrar səpin keçirilib. Təkrar səpin zamanı 330 hektardan çox sahəyə çiyid gətirilib. Səpin zamanı yüksək reproduksiyalı toxumlardan istifadə edilib.

Mütəxəssislərin fikrincə, əgər yay aylarında iqlim şəraiti normal keçərsə, bitkilərin inkişafında ciddi problem olmayacaq. Əksinə olarsa, təkrar səpin keçirilmiş sahələrdə pambıq yığımında 15-20 gün gecikmələr ola bilər. Hazırda pambıq sahələrində alaq otları təmizlənir, cərgələr arasında kultivısiya keçirilir. İndiyədək 1625 hektarda cərgələr arası kultivasiya edilib.

Xəbər lenti

Xəbər lenti