...

İsmət Abbasov: Kənd Təsərrüfatı Nazirliyi aqrar sahənin inkişaf strategiyasını hazırlayır

Siyasət Materials 25 May 2006 14:09 (UTC +04:00)
İsmət Abbasov: Kənd Təsərrüfatı Nazirliyi aqrar sahənin inkişaf strategiyasını hazırlayır

Azərbaycanın aqrar sahəsinin inkişafının vacibliyini nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi 2007-2015-ci illərdə aqrar sahənin inkişaf strategiyasını hazırlayır. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 25-də keçirilmiş mətbuat konfransında kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.

Onun sözlərinə görə, bunun üçün strategiyaya uyğun olaraq aqrar sektorun ayrı-ayrı sahələri üzrə müxtəlif proqramlar hazırlayacaq xüsusi komissiya yaradılıb.

Nazir bildirib ki, toxumçuluq sahəsini yaxşılaşdırmaq üçün ölkədə xüsusi Şura da yaradılıb.

Mart ayından nazirlikdə taxılın ixrac və idxalı, yerli müəssisələr tərəfindən toxum istehsalına nəzarət üzrə Taxıl Şurası fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti