...

Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının Marneulidə keçirilən müvəqqəti Ali Komitəsinin iclası dağıdılıb

Siyasət Materials 25 May 2006 16:23 (UTC +04:00)

Mayın 25-də Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının (GAMA) Marneuli şəhərində keçirilən müvəqqəti Ali Komitəsinin iclası Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən dağıdılıb. Bu barədə Trend ə hadisə yerindən GAMA-nın prezidenti Daşqın Gülməmmədov məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin 10 nəfər əməkdaşı tədbir keçirilən zala daxil olaraq iclasi dağıdıblar. GAMA Müvəqqəti Ali Komitəsi üzvlərinin və digər funksionerlərin üzərində axtarış aparılıb. D.Gülməmmədovun dediyinə görə, onlara təzyiq göstərilib və hər hansı aksiya keçirəcəkləri təqdirdə həbs olunacaqlarını bildiriblər: "GAMA Müvəqqəti Ali Komitəsinin iclasına zorla müdaxilə etmiş DTN və DIN əməkdaşları nazir I.Merabişvilinin rəsmi göstərişini icra etdiklərini bildiriblər. Daha sonra iclas keçirilən yerin ətrafına GAMA üzvlərinin və azərbaycanlıların toplandığını görən DIN əməkdaşları oranı tərk ediblər"-deyə GAMA rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti