...

Natiq Əliyev: Ceyhandan Azərbaycan neftinin ilk partiyasını Amerikanın ExxonMobil şirkəti alıb

Siyasət Materials 25 May 2006 20:17 (UTC +04:00)
Natiq Əliyev: Ceyhandan Azərbaycan neftinin ilk partiyasını Amerikanın ExxonMobil şirkəti alıb

Amerikanın ExxonMobil şirkəti Türkiyənin Ceyhan limanından "Azəri-Çıraq-Günəşli" yatağından hasil olunan Azərbaycan neftinin ilk partiyasını alıb. Trend in verdiyi məlumata görə, bu barədə bu gün Sənaey və Energetika Nazirliyinin rəhbəri Natiq Əliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan nefti BTC boru kəməri ilə mayın 27-28-də Ceyhan terminalına çatdırılacaq. "Ceyhandan 300 min ton həcmində neft tankerə yüklənəcək. Düşünürəm ki, birinci partiya da elə bu həcmdə olacaq", - deyə o göstərib.

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinə qoşulması məsələsinə gəldikdə N.Əliyev bildirib ki, bu yaxınlarda başda ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstanda olub və Almatıda bir çox məsələləri müzakirə edib.

"Qazaxıstan hökuməti hökumətlərarası razılaşmanın layihəsini nəzərdən keçirib. Sabah hər şey aydın olacaq. Əgər bu məsələ ilə bağlı Qazaxıstanda əlavə məsələlər yaranarsa, onda danışıqlar davam etdiriləcək", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti