...

İrəvanın özünün də tanımadığı Türkiyə-Ermənistan sərhədinin açılmasını tələb etmək lazım deyil

Siyasət Materials 26 May 2006 11:32 (UTC +04:00)

"Hər bir dövlət, hər bir maraqlı tərəf səylərini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəltməlidir. Bu, ilk növbədə Ermənistana, digər maraqlı tərəflərə, o cümlədən Avropa Birliyinə aiddir". Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı bəyan edib.

"Yalnız mübahisəli məqamların həllindən sonra Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinə baxmaq mümkün olacaq", - deyə diplomat qeyd edib. O bildirib ki, problemlər və sərhədin açılması ilə bağlı hadisələrin ümumi inkişaf dinamikası tamamilə başqadır.

"Ermənistanın özünün də tanımadığı sərhədin açılmasını necə tələb etmək olar?", - deyə səfir sual verib. O vurğulayıb ki, bu mövzu nə AB, nə də hər hansı digər təşkilat tərəfindən qaldırıla bilməz. "Qoy əvvəlcə İrəvan Türkiyə sərhədini rəsmən tanısın və özünü yaxşı qonşu kimi göstərsin. Bundan sonra isə biz həmin məsələni müzakirə edərik", - deyə türkiyəli diplomat sonda bildirib.

Xəbər lenti

Xəbər lenti