...

Samir Şərifov: Xəzinənin valyuta vəsaitlərinin idarə edilməsi səlahiyyətləri Dövlət Neft Fonduna verilib

Siyasət Materials 26 May 2006 12:50 (UTC +04:00)
Samir Şərifov: Xəzinənin valyuta vəsaitlərinin idarə edilməsi səlahiyyətləri Dövlət Neft Fonduna verilib

Xəzinənin valyuta vəsaitlərinin idarə edilməsi səlahiyyətləri Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) verilib. Bu barədə Trend ə maliyyə naziri Samir Şərifov bildirib.

"Xəzinənin valyuta vəsaitləri ARDNF-yə veriləcək və fond onları xarici banklarda yerləşdirəcək" - deyə o bildirib.

2005-ci ildə valyuta daxilolmalarının konvertasiyası nəticəsində dövlət büdcəsindəki itkilər 16,7 mlrd. köhnə manat təşkil edib. Bu itki daxilolmaların uçot tarixilə manata mübadilə tarixi arasındakı məzənn fərqi nəticəsində yaranıb.

Problemin həlli üçün bu daxilolmalar xəziyə təsir göstərəəck və itkilərin maksimal dərəcədə azaldılması üçün qısa müddətdə xarici banklarda yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti