...

MM-də "2006-ci il dövlət büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklər müzakirə olunub

Siyasət Materials 26 May 2006 15:23 (UTC +04:00)

Milli Məclisin mayın 26-da keçirilən növbəti iclasında "AR 2006-cı ilin dövlət büdcəsi haqqında" qanuna və "AR dövlət sosial müdafiə fondunun 2006-cı il büdcəsi haqqında" qanunlara əlavə və dəyişikliklərin edilməsi müzakirə olunub. Trend xəbər verir ki, birinci məsələ ilə bağlı MM-in iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib.

Komissiya sədri bildirib ki, ölkənin dövlət büdcəsi 3,8 milyard manat təşkil edəcək. "2000-ci ildə bü rəqəm 715 mln.manat, 2001-ci ildə - 784 mln.manat, 2005-cı ildə isə - 2 milyard 55 milyon olub". Z.Səmədzadə onu da bildirib ki, 2006-cı il dövlət büdcəsinin gəlir və xərcləri 1997-2002-ci illərin cəmi gəlir və xərcləri qədər olub. "Bu da bir daha onu göstərir ki. Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər maliyyə imkanlarını köklü şəkildə möhkəmləndirib". Z.Səmədzadə onu da bildirib ki, proqnoz göstəricilərinə görə, dövvlət büdcəsinə Vergilər nazirliyindən daxilolmalar 17,5%, Dövlət gömrük komitəsindən isə 5,9% çox olacaq. Komissiya sədri qeyd edib ki, büdcə xərclərinin strukturundan müdafiə xərclərinə 12,7% ayrılıb. Səhiyyə üzrə xərclərin artımı bütün büdcə xərclərinin artımının 7.5%-ni təşkil edəcək. O qeyd edib ki, 2006-cı ildə səhiyyə sahəsinə 32 milyon manat ayrılacaq, təhsil sahəsinə isə büdcədən 5,1% vəsait ayrılacaq.Daha sonra maliyyə naziri Samir Şərifov 2006-cı ilin dövlət büdcə
sində nəzərdə tutulan artımlar barədə geniş məlumat verib.

İkinci məsələ - "AR dövlət sosial müdafiə fondunun 2006-cı il büdcəsi haqqında" qanuna əlavə və dəyişikliklər barədə MM-in sosial siyasət daimi komisiyasının sədri Hadı Rəcəbli məlumat verib. O dövlət sosial müdafiə fondundan müavinət və pensiya alanlara, cəmiyyətin aztəminatlı təbəqələrinə,, şəhid ailələrinə, müharibə və əmək veteranlarına ayrılacaq artımlarından danışıb. Komissiya sədrinin məlümatından sonra, dövlət sosial müdafiə fondunun sədri Səlim Müslimov məsələ ilə bağlı çıxış edib. Çıxışlar bitəndən sonra, millət vəkilləri müzakirəyə çıxarılan hər iki məsələ ilə bağlı təkliflərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti