...

Bakıda "Azərbaycanda vahid maliyyə sektorunun inkişafı" konfransı başlanıb

Siyasət Materials 26 May 2006 15:39 (UTC +04:00)
Bakıda "Azərbaycanda vahid maliyyə sektorunun inkişafı" konfransı başlanıb

Bu gün bakıda "Azərbaycanda vahid maliyyə sektorunun inkişafı" adlı 3-cü konfrans başlanıb. Trend agentliyinin məlumatına əsasən, tədbir Azərbaycanın Mikro-maliyyə Assosiasiyası, USAID, BP, Statoil, Lukoil, ExxonMobil, UNDP və ACDI\IOCA təşkilatının dəstəyilə təşkil olunur .

Baş nazir müavini Əli Həsənovun bildirdiyinə görə, ölkədə mikro-maliyyə proqramlarının gerçəkləşdirilməsinə 1996-cı ildən başlanıb. Beynəlxalq hümanitar təşkilatlar 10 il ərzində Azərbaycanda öz proqramlarının icrası edərək 2002-ci ildən beynəlxalq təşkilatların tövsiyyəsi ilə qeyri-bank kredit təşkilatlar yaradır .

Hazırda ölkədə 70-dən çox humanitar təşkilat və 32 yerli QHT fəaliyyət göstərir. Nazir müavinin fikrincə, iqtisadi artım və ÜDM-nin artımı ilə mikromaliyyə təşkilatlarına tələbat da yüksəlib.

Milli bankın rəhbəri Elman Rüstəmov maliyyə təşkilatlarının neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsindəki rolunu vurğulayıb. "Bizim vəzifəmiz geniş spektrdə maliyyə sektoru yaratmaqdır. Mikro-maliyyələşdirmənin üstünlüyü ondan ibarətdir ki, bu təşkilatlar bankların bacarmadığı sahələrdə fəaliyyət göstərir və səmərəli fəaliyyət üçün yaxşı baza var" - deyə E.Rüstəmov qeyd edib.

M.Cabbarovun sözlərinə görə, hökumət və beynəlxalq təşkilatlar mikro-maliyyələşdirmə infrastrukturunun inkişafı və rəqabət qabiliyyətli mühitin yaradılması üçün tədbirlər görür. Bunun üçün hökumət qərar qəbul edib və ötən ildən qeyi-bank kredit təşkilatları Milli Fondun ehtiyyatlarına çıxış əldə edib. Bu sektorun gələcək inkişafı üçün sabitlik, korporativ idarəçilik standartlarının tətbiqi, girov təminatı və riskin qiymətləndirilməsi üzrə hüquqi bazanın təkmilləşdirilməsi lazımdır.

Mikro-maliyyləşdirmə Assosiasıyasının rəhbəri Eldar Cəfərovun konfrans iştirakçılarını qeyri-bank kredit təşkilatları tərəfindən 200 min müştərinin $265 mln. həcmində maliyyələşdirilməsi haqqında məlumatlandırıb. Onların arasında 80 min adam fəal müştəri, $80 mln. isə fəal portfeldir.

Xəbər lenti

Xəbər lenti