...

"Erməni işğalı və Azərbaycan əhalisinə dəymiş maddi ziyan" mövzusunda dəyirmi masa keçirilib

Siyasət Materials 26 May 2006 16:21 (UTC +04:00)

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının ilə Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi mayın 26-da "Erməni işğalı və Azərbaycan əhalisinə dəymiş maddi ziyan" mövzusunda Beyənlxalq Mətbuat mərkəzində Dəyirmi Masa keçirib. Trend in məlumatına görə, tədbirdə erməni separatizmindən bunun ağır nəticələrindən, erməni işğalı və terrorçuluğunun nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanlardan danışılıb.

Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri N.Abdullayev bildirib ki, mənfur ermənilərin işğal etdikləri bütün Azərbaycan ərazilərində "yandırılmış torpaq" və "etnik təmizləmə" siyasəti yürüdən ermənilər 310 iri sənaye və tikinti müəssisəsini, 5 minə yaxın ticarət və ictimai iaşə, 5331 sosial xidmət obyektlərini, 600-ə yaxın ümumtəhsil məktəbini, 250 uşaq bağçasını, 65 texniki-peşə məktəbini, 2 ali təhsil ocağını, 700-ə qədər tibb müəssisəsini, 520 şəhər və kənd mədəniyyət evi və klublarını, 735 şəhər, rayon və kənd, habelə uşaq kitabxanalarını, 6 mədəniyyət və istirahət parkını, 47 uşaq musiqi məktəbini, 3 teatrı, 4 şəkil qalereyasını, 470 tarixi abidəni, 40 min tarixi əhəmiyyətli əşyanı, 4,6 milyonluq kitab fondunu, 647,9 min hektar münbit torpaq sahəsini, 62 min hektarda çoxillik bitkiləri məhv ediblər. Həmçinin 50 min hektarda üzümlükləri, 7300 hidrotexniki qurğunu, 36 nasos stansiyasını, 26 suvarma sistemini, on minlərlə kilometrlik elektrik, rabitə, qaz, k
analizasiya, 25 min kilometrlik kommunikasiya xətlərini, minlərlə elektrik yarımstansiya və transformatoru, 4000 kilometrə yaxın avtomobil yollarını, Bakı-Naxçıvan-Yerevan dəmir yolunu, 4 təyyərə limanını məhv edib, 244 min iri və xırda buynuzlu mal-qaranı, çoxlu sayda traktor, kombayn, avtomobil və başqa texnikanı qarət ediblər. N.Abdullayevin sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın xalq təsərrüfatına dəymiş ziyanın məbləği 60 milyard dolladan artıqdır.

Tədbirdə çıxış edən digər natiqlər qeyd ediblər ki, ermənilərin təbiətimizə, ekologiyamıza, tarixi və dini abidələrimizə, yeraltı və yerüstü sərvətlərimizə və digər sahələrimizə vurduğu ziyanlar da buraya əlavə olunsa belə, yenə də itkilərimizin siyahısını tamamlamaq mümkün deyil. Həmçinin münaqişə başlayandan indiyədək 20 mindən artıq vətəndaşımız şəhid olmuş, yüz minlərlə soydaşımız yaralanmış, əlil olmuş, əsir götürülüb, itkin düşüb. Ermənilərin zorakılığı nəticəsində Qərbi Azərbaycandan 46 mindən artıq, Azərbaycanın işğal olunmuş ərazilərindən isə 142 994 ailə, ümumilikdə bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib.

Tədbir iştirakçıları qeyd ediblər ki, Azərbaycanın dövlət strukturları ölkə ictimaiyyətinin köməyindən istifadə etməklə erməni işğalının nəticələri ilə ciddi məşğul olmalı, işğalçı Ermənistanı fakt qarşısında qoymaqla azərbaycanlıların heç olmasa maddi itkilərinin ödənməsinə nail olmalıdırlar. Tədbirin sonunuda dövlət başçısı İlham Əliyevə müraciət qəbul olunub.

Xəbər lenti

Xəbər lenti