...

GUAM Gənclər Forumu Konqresinin iclası Bakıda keçiriləcək

Siyasət Materials 26 May 2006 16:25 (UTC +04:00)

Azərbaycan GUAM Gənclər Forumunun təsisçilərindən biri kimi qəbul edilib. Bu barədə Trend ə Kiyev şəhərində keçirilən GUAM ölkələrinin III Gənclər Forumunun iştirakçısı "İrəli" Ümumrespblika Gənclər Hərəkatının təsisiçisi Fərhad Məmmədov bildirib.

F.Məmmədov qeyd edib ki, forumda Gənclər Forumunun ilk Mərkəzi Şurası seçilib: "Təsisçilər arasında Azərbaycandan Azərbaycan Könüllülər İcitmai Birliyindən Rüstəm Abdullayev və Azərbaycan Gənclər İttifaqından İlqar Mustafayev oldu. GUAM Gənclər Forumunun ilk Konqressinin keçirilməsinə qədər icraçı struktur kimi Mərkəzi Şura seçilib. Həmin orqanın sədri Moldova nümayəndəsi, katib isə mən seçildim".

F.Məmmədov onu da bildirib ki, Gənclər Forumun qırarı ilə ilk iki il ərzində GUAM Gənclər Forumunun mərkəzi qərargahı Kiyev şəhərində yerləşəcək, Forumun ali orqanı sayılacaq Konqres isə payız aylarında Bakı şəhərində keçiriləcək. Həmin tarixə qədər Gənclər Forumuna daxil olan ölkələrin gənclər təşkilatları GUAM Gənclər Forumunun qeydiyyat və digər texniki məsələlərinin həll etməli və daha çox gənclər təşkilatının iştirakını təmin etməlidir: "GUAM Gənclər Forumunun Nizamnamənin ilk variantı Moldova tərəfindən təqdim olunsa da, nəticədə Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim olunan lahiyə qəbul olunub".

Xəbər lenti

Xəbər lenti