...

Gəncə Olimpiya İdman Kompleksində yeni meydançalar tikiləcək

Siyasət Materials 26 May 2006 16:58 (UTC +04:00)

Gəncə Olimpiya İdman Kompleksində iki yeni çöl meydançası tikiləcək. Bu haqda məlumatı Kompleksin direktoru Sahib Rzayev verib. Onun sözlərinə görə meydançaların tikilməsi üçün Milli Olimpiya Komitəsinə müraciət edilib v artıq müsbət cavab da alınıb. Rzayevin sözlərinə görə, may ayının sonunda işlərin görülməsi üçün smeta təsdiq olunacaq və gələn aydan işlərə başlanıla bilər.

Məlumat üçün bildirək ki, kompleksin ətrafında iki üstü açıq yay meydançasının tikintisi nəzərdə tutulur. Bunlardan biri futbol, digəri isə voleybol və basketbol meydançaları olacaq. Hər birində ayrıca soyunub-geyinmə və istirahət otaqları olacaq.

Xəbər lenti

Xəbər lenti