...

Səlim Müslümov: "1 milyon 180 min əmək pensiyaçısının hər birinə yeni əmək pensiyası dosyeləri yaradılıb"

Siyasət Materials 26 May 2006 17:19 (UTC +04:00)

1 milyon 180 min əmək pensiyaçısının hər birinə yeni əmək pensiyası dosyeləri yaradılıb. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiəsi Fondunun sədri Səlim Müslümov Milli Məclisin mayın 26-da keçirilən növbəti iclasında bildirib.

S.Müslümov qeyd edib ki, 179900 nəfər keçmiş sosial pensiya alanların və 35500 pensiyaçı olmayan müavinət alanların müvafiq sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına təhvil verilib. 1 milyon 180 min əmək pensiyaçısının hər birinə yeni əmək pensiyası dosyeləri yaradılıb: "Həmin prosesdə 19085 nəfər I qrup əlillərin, o cümlədən 3956 nəfər I qrup gözdən əlillərin, 33 nəfər şəhid olmuş və ya sonradan vəfat etmiş milli qəhrəmanların ailə üzvlərinin, 14342 nəfər şəhid ailəsi üzvlərinin, 6573 nəfər döyüşən ordunun tərkibində xidmət edən müharibə itştirakçılarının, 3869 nəfər yaşa görə pensiya alan müharibə əllillərinin, 85796 nəfər I və II qrup əlil pensiyaçıların öhdəsində olan əmək qabiliyyətsiz ailə üzvlərinin, 1904 nəfər siyasi repressiyalara məruz qalmış şəxslərin, 22772 nəfər III qrupp pensiyaçıların və 102765 nəfər işləyən pensiyaçıların pensiyalarına yeni sistemə keçidlə bağlı artımlar edilib".

S.Müslümov onu da bildirib ki, bu artımların aylıq məbləği I rübdə 1,2 milyon manat olub: "Bunudan başqa prezidentin 30 mart 2006-cı ilə tarixli əmək pensiyalarının baza hisəssinin artırılması barədə fərmanın icrası ilə bağlı bütün pensiya işlərinə yenidən baxılıb və qanunvericiliyə uyğun artımlar edilib. Nəticədə əgər 2005-ci ilin dekabrında respublika üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üzrə təlabat 35,6 milyon manat təşkil edirdisə, yanvar ayında bu 36,8 milyon manat, aprel ayında isə bu rəqəm 44,3 milyon manat təşkil edib".

Xəbər lenti

Xəbər lenti