...

Azərbaycan prezidenti Türkiyənin "Zaman" qəzetinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 26 May 2006 18:39 (UTC +04:00)

Mayın 26-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin "Zaman" qəzetinin baş redaktoru, "Feza Qazeteçilik" şirkətinin İdarə Heyətinin üzvü Ekrem Dumanlının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend məlumat verib.

Görüş zamanı E. Dumanlı eks-prezident Heydər Əliyevlə görüşü məmnunluqla xatırlayıb və Azərbaycanın böyük iqtisadi inkişaf yolunun üzərində durduğunu qeyd edib. E. Dumanlı Azərbaycan dövlətinin başçısını Respublika Günü münasibətilə təbrik edib.

Prezident İlham Əliyev respublikanın böyük iqtisadi inkişaf yolu tutduğunu bildirib və respublikanın həm iqtisadi, həm də siyasi sahədə böyük uğurlara nail olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti