...

Mübariz Qurbanlı: AŞPA Azərbaycan üzrə monitorinq proseduralarını tam dayandıra bilər

Siyasət Materials 26 May 2006 18:57 (UTC +04:00)

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Andreas Qross və Andres Herkel Azərbaycanın AŞ qarşısında öz üzərinə götürdüyü öhdəliklərin böyük hissəsini yerinə yetirib və tezliklə monitorinq proseduralarının dayandırılmasının mümkünlüyü istisna edilmir. Trend in verdiyi məlumata görə, bu barədə mayın 26-da AŞPA-nın həmməruzəçiləri ilə danışıqların yekunları üzrə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, AŞPA-nın həmməruzəçiləri ilə aparılan müzakirələrin gedişində hakim YAP-ın ölkənin siyasi həyatında rolu və yeri mövzusuna, eləcə də AB ilə Azərbaycan arasında əlaqələrin inkişafı perspektivlərinə toxunulub.

M. Qurbanlı qeyd edib ki, müzakirələr zamanı söz azadlığı və siyasi məhbuslarla bağlı məsələlərə toxunulmayıb. Onun sözlərinə görə, Azərbaycanda söz azadlığı problemi mövcud deyil. Ona görə də bu mövzuya toxunulmayıb.

"Bu gün Azərbaycanda heç kim baxışlarına və əqidəsinə görə mühakimə olunmur. AŞPA həmməruzəçiləri yalnız hakim partiyanın fəaliyyətinin perspektivləri və Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə maraqlanıb".

Xəbər lenti

Xəbər lenti