...

UNIFEM rəhbəri: Azərbaycan qadınların sosial müdafiə səviyyəsinin yüksəldilməsinə nail olub

Siyasət Materials 26 May 2006 20:13 (UTC +04:00)
UNIFEM rəhbəri: Azərbaycan qadınların sosial müdafiə səviyyəsinin yüksəldilməsinə nail olub

Dünyada iqtisadiyyatın ən yüksək artım göstəricilərinə malik olan Azərbaycan qadınların sosial müdafiəsi səviyyəsinin yüksəlməsinə nail olub. Trend in verdiyi məlumata görə, bu barədə mayın 26-da BMT-nin Qadın inkişafı fondunun (UNIFEM) icraçı direktoru Noylin Heyzer Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, UNIFEM-un Azərbaycanda əldə etdiyi əməkdaşlığın yüksək səviyyəsi qadınların məşğulluğu, hökumətin milli inkişaf strategiyası vasitəsilə gender monitorinqlərinin keçirilməsində imkanların genişləndirilməsində möhkəm əsas yaratmağa imkan verir. Onun sözlərinə görə, 2001-ci ildən Azərbaycanda çalışan UNIFEM "Qadınlar Cənubi Qafqazda münaqişələrin ləğvinin və sülhün yaradılmasının tərəfdarıdırlar" regional proqramı çərçivəsində məhsuldar əməkdaşlıq həyata keçirib. Həmçinin, təşkilat tərəfindən məcburi köçkün vəziyyətində olan qadınların olduğu şəraitin qiymətləndirilməsi, gender bərabərliyi və erməni-Azərbaycan münaqişəsinin nizamlanması sahəsində vəziyyətin qiymətləndirilməsi aparılıb.

Fondun icraçı direktoru Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyevlə, XİN rəhbəri Elmar Məmmədyarovla, baş nazirin müavini Əli Həsənovla, H.Əliyev Fondunun prezidenti M.Əliyeva ilə, eləcə də Ailə, qadın və uşaqların problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova ilə görüşüb. Onun sözlərinə görə, bu görüşlər zamanı Fondla əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılaşma əldə olunub. Səfər çərçivəsində, həmçinin, "Milli uğurlar və qlobal hədələr" adlı beynəlxalq konfrans keçirilib.

Azərbaycanda vəziyyətlə bağlı keçirilən monitorinqin yekunları üzrə UNIFEM xüsusi hesabat hazırlayır.

Xəbər lenti

Xəbər lenti