...

İlham Əliyev Respublika günü münasibətilə çıxış edib

Siyasət Materials 26 May 2006 20:56 (UTC +04:00)
İlham Əliyev Respublika günü münasibətilə çıxış edib

Mayın 26-da Azərbaycan prezidenti İlham Əliyev Bakıda "Gülüstan" sarayında milli bayram -Respublika günü münasibətilə bayram təntənələrinin rəsmi açılışı mərasimində çıxış edib. Bu barədə Trend məlumat verib.

Dövlət başçısı 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılmasını yüksək qiymətləndirib, Azərbaycan dövlətçiliyi banilərinin tarixi rolunu qeyd edib.

SSRİ-nin süqutundan sonra Azərbaycanda baş verən proseslərə və milli dövlətçiliyin yenidən süquta uğraması hədələrinə toxunan İlham Əliyev eks-prezident H.Əliyevin səyləri sayəsində dövlətçiliyin qorunub saxlanıldığını qeyd edib.

Prezident bildirib ki, son dövrlərdə Azərbaycan respublika rəhbərliyinin uğurla həyata keçirdiyi siyasi-iqtisadi islahatlar nəticəsində ən dinamik inkişaf edən ölkəyə çevrilib.

Onun sözlərinə görə, Azərbaycan öz mövqeyini təkcə regional deyil, dünya miqyasında da genişləndirir. "Azərbaycanda ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına xidmət edən iqtisadi konsepsiya həyata keçirilir", -deyə İlham Əliyev bildirib.

Dövlət başçısı, həmçinin, Ermənisan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna toxunaraq Azərbaycanın münaqişənin dinc yolla nazamlanmasına tərəfdar olduğunu bildirib. Onun sözlərinə görə, əgər Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlar prosesini dolaşığa salarsa, o zaman "Azərbaycan bu məsələni öz gücü ilə həll etməli olacaq".

Prezident İ. Əliyev birmənalı şəkildə bildirib ki, "Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək". Dövlət başçısı "Azərbaycanın bütün işğal olunan ərazilərinin hər hansı şərt irəli sürülmədən azad olunmasının vacibliyini də əlavə edib.

Xəbər lenti

Xəbər lenti