Rumıniyada Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi kontekstində mübahisəli məsələlər üzrə razılığa gələcəklərinə ümid var. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Şon Makkormak ABŞ dövlət katibi Daniel Fridın Cənubi Qafqaza səfərini şərh edərkən bildirib.
"D.Frid ATƏT-in Minsk Qrupu həmsədrləri ilə birgə Azərbacyanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını tapmaq üçün Cənubi Qafqaza səfər edib" - deyə Makkormak bildirib. O qeyd edib ki, səfərin yekunları üzrə hansı irəliləyişlərin əldə olunduğu haqqında fikir söyləyə bilməz.
"Mən yalnız onu bilirəm ki, Azərbaycan və Ermənistan prezidentləri növbəti görüşü iyunun əvvəlində Buxarestdə keçirməyi planlaşdırırlar. Onlar bunu Fransada edə bilmədilər" - deyə o bildirib.
"Biz Minsk Qrupu həmsədrləri ilə işləyirik və hesab edirik ki, onlar fikir ayrılıqlarının öhdəsindən birgə gələ bilərlər. Bu, hər iki tərəfdən sərt siyasi qərarların verilməsini tələb edən mürəkkəb məsələlərdir. Lakin biz hesab edirik ki, son nəticədə sərt qərarlar bütün region xalqlarına fayda gətirəcək" - deyə Dövlət Departamentinin nümayəndəsi vurğulayıb.