...

Azərbaycan Qoşulmayan Ölkələr Hərəkatının konfransına dəvət olunub

Siyasət Materials 27 May 2006 14:08 (UTC +04:00)

Azərbaycan Qoşulmayan Ölkələr Hərəkatının sentyabrın 11-12-də Havanada keçiriləcək konfransına dəvət olunub. Bu barədə Trend ə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Konfrans dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək. Tədbirdə iqtisadi, texniki və elmi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etmək planlaşdırılır. İştirakçılar bir sıra regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparacaq, daha sıx əlaqələrin qurulması perspektivlərini müzakirə edəcək.

Azərbaycanın həmin tədbirdə XİN səviyyəsində təmil olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti