...

Gəncədə endokrinoloji xəstələrin sayı artır

Siyasət Materials 27 May 2006 14:32 (UTC +04:00)

Gəncə şəhər Endokrinoloji Xəstəxanın baş həkimi Süleyman Piriyev diabetli və zob xəstələrinin sayının günbəgün artığını deyir. Ötən illə müqaisədə bu ilin son 5 ayında şəkər xəstələrinin sayı 150 nəfər artaraq 5092-ə çatıb. Zob xəstələri həkimlərə yalnız vəziyyətləri ağırlaşan zaman müraciət etdiklərindən onların sayını təxmini söyləmək mümkündür: təqribən 2000-nəfərdən çox.

S.Piriyev əsasən yaşlı və kökəlməyə meylli insanlarda müşahidə olunan diabet xəstəliklərinin artması səbələri kimi hazırda qida məhsullarının keyfiyyətinin aşağı olması və ətraf mühütün çirklənməsini göstərdi. Zob xəstələrinin artmasına Çernobl qəzası da böyük təsir göstərir.

Diabetiklərə tibbi xidmət pulsuz göstərilməklə yanaşı, insulin və şəkəri aşağı salan həblər pulsuz verilir. Bu məqsədlə ötən il xəstəxanaya 1 milyard manatdan çox vəsait ayrılıb. Lakin bu rəqəmdə azlıq təşkil edir. Belə ki, ABŞ-da 1 şəkər xəstəsinə ildə orta hesabla 4.500 dollar xərclənirsə, Azərbaycanda bu rəqəm 100-dollardan aşağıdır.

Xəbər lenti

Xəbər lenti