...

MSK təkrar seçkilərin nəticələrinin Konstitusiya Məhkəməsinə göndərilməsinə qərar verdi

Siyasət Materials 27 May 2006 15:05 (UTC +04:00)

Mayın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) təkrar parlament seçkiləri ilə bağlı son iclası keçirilib. Trend in məlumatına iclasda 13 mayda 10 dairə üzrə keçirilmiş təkrar parlament seçkilərinin yekun protokolları təsdiq olunub.

Əvvəlcə təkrar seçkilərlə bağlı MSK tərəfindən aparılmış yoxlamaların yekunlarına dair komissiyanın katibi Natiq Məmmədov məruzə edib. Onun bildirdiyinə görə, araşdırmalar zamanı məlum olub ki, 103 saylı Gədəbəy seçki dairəsindəki 3 saylı məntəqədə, 110 saylı Zaqatal seçki dairəsindəki 14 saylı məntəqədə, 119 saylı Ağdam kənd seçki dairəsindəki 10 və 37 saylı məntəqələrdə yol verilmiş qanun pozuntularına görə seçicilərin iradəsinin müəyyən edilməsi mümkün olmayıb. Buna görə də həmin məntəqələrin nəticələrinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.

Sonra 13 may təkrar parlament seçkilərinin yekun protokollarının yoxlanılması və təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilmsinə dair qərar çıxarılıb. Təkrar seçkilərin yekun protoklları MSK üzvləri tərəfindən imzalanıb.

İclasda həmçinin seçkilərin keçirilməsi ilə bağlı rəsmi sənədlərin saxlanılması haqqında qərar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti