...

Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Siyasət Materials 27 May 2006 15:11 (UTC +04:00)

Mayın 27-də Azərbaycanın Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Ehsan Zahidov məlumat verib.

İclası giriş sözü ilə daxili işlər naziri general-polkovnik Ramil Usubov açıb.

İclasın gündəliyində 3 məsələ durub. Birincisi, respublika ərazisində quldurluq və soyğunçuluq cinayətlərinin qarşısının alınması və belə cinayətlərin üstünün açılması, o cümlədən bu növ cinayətlər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi işinin vəziyyəti; ikincisi, şəhər və rayonlarda post-patrul xidmətinin təşkili sahəsində işin vəziyyəti; üçüncüsü isə, daxili işlər orqanları əməkdaşlarının peşə hazırlığının təşkili işinin vəziyyəti ilə bağlı məsələ olub.

İclasın işində Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinski, Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi Cavanşir Məmmədov və Baş Kadrlar İdarəsinin rəisi Məmməd Əsgərov gündəlikdə duran məsələlərlə bağlı hesabat xarakterli çıxışlar ediblər. İdarə rəisləri həmçinin həmin sahələrdəki mövcud çatışmazlıqlar və problemlər barədə də məlumat veriblər.

Problemlərin tez bir zamanda aradan qaldırılması ilə bağlı nazir müvafiq idarələrə göstərişlər verib.

Xəbər lenti

Xəbər lenti