...

Türkiyənin xarici işlər naziri Azərbaycan səfirliyində keçirilmiş qəbulda olub

Siyasət Materials 27 May 2006 15:17 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Abdulla Gül Azərbaycanın Ankaradakı səfirliyində 28 may - Respublika günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib.

Trend in Türkiyədəki xüsusi müxbiri bildirir ki, tədbirdə qardaş ölkənin hökumət üzvləri, siyasi partiya və ictimai təşkilatlarının rəhbərləri, eləcə də azərbaycanlı tələbələri, hərbi məktəblərin kursantları və diaspor nümayəndələri iştirak edib.

Müxtəlif xarici ölkələrdən olan diplomatlar da səfirliyə baş çəkib.

Xəbər lenti

Xəbər lenti