...

"Birinci kanal" Qafqaz və Orta Asiya ölkələri üçün lisenziyalı fəaliyyət həyata keçirir

Siyasət Materials 27 May 2006 15:33 (UTC +04:00)
"Birinci kanal" Qafqaz və Orta Asiya ölkələri üçün lisenziyalı fəaliyyət həyata keçirir

Mayın 25-dən başlayaraq Rusiyanın "Birinci kanal"ı Qafqaz və Orta Asiya ölkələri üçün xüsusi lisenziyalı telelayihə həyata keçirir. Bu versiya televiziya yayımı üzrə beynəlxalq standartlara cavab verir və beynəlxalq qanunvericiliyin müəllif və hüquqlarla bağlı tələblərini ödəyir.

"Birinci kanal" ASC-nin beynəlxalq yayım üzrə direktoru, "1-ci kanal. Dünya şəbəkəsi" QSC-nin baş direktoru Aleksey Yefimov bəyan edib ki, beynəlxalq versiyanın yeni variantı 20 günlük sınaq yayımlarının yekunları üzrə həyata keçirilib. Kanal xüsusi olaraq Azərbaycan, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan üçün yayımlanacaq. A.Yefimovun sözlərinə görə, yayım məzmunca rus variantına yaxınlaşdırılmış olacaq. Yayım müvafiq müqavilələrin imzalandığı ölkələrdə həyata keçiriləcək.

A.Yefimovun sözlərinə görə, adətən beynəlxalq versiyanın yayımı zamanı xarici kinoların kontenti 20%-dən 0%-dək, teleserialların - 35%-dən 10%-dək azalır. "Sovet" kinolarında isə əksinə, göstərici 5%-dən 20%-dək artır. Ancaq Qafqaz və Orta Asiya ölkələri üçün yayım 90% əvvəlki kimi qalacaq. "1-ci kanal" efirdə ən məşhur telelayihələri, o cümlədən KVH, "Fabrika Zvezd", "Çto? Qde? Koqda?", "Pust qovoryat" və bir çox digər layihələri saxlayıb. "Lisenziya baxımından təmiz variant" termini verilişlərin bir hissəsinin efirə verilməyəcəyi deməkdir. Bu verilişlər arasında qarşıdakı futbol üzrə dünya çempionatı və "Disney" multiplikasiya filmləri də var. Buna səbəb onların yayımı ilə bağlı razılaşmanın əldə edilməməsi və müvafiq lisenziyanın olmamasıdır.

Verilişlərin yayım vaxtı hər bir respublikanın saat qurşağına uyğunlaşdırılıb. Belə ki, "Vremya" informasiya proqramı Azərbaycanda efirə saat 20:00-da çıxacaq.

A.Yefimov regional yayımın özəlliklərini nəzərə alaraq birgə xüsusi teleproqramların hazırlanması imkanları ilə bağlı Trend agentliyinin sualını cavablandırıb. Onun sözlərinə görə, birgə layihələr maliyyə vəsaiti, yüksək maddi xərclər olduğu halda gerçəkləşdirilə bilər. A.Yefimov buna misal olaraq Qazaxıstanın adını çəkib. Burada "Birinci kanal: Avrasiya" birgə layihəsi vasitəsilə retranslyasiya həyata keçirilir. Bu halda "1-ci kanal"ın verilişləri 80%, yerli verilişlər isə 20% yayımlanır. Hazırda oxşar variant Qırğızıstanla müzakirə olunur. Konkret olaraq Azərbaycana gəlincə, A.Yefimov əməkdaşlığa hazır olduğunu bildirib və yerli şirkətləri böyük təşəbbüslərə səsləyib. O, efir vaxtında "Rusiya" reklamının yerli reklamla əvəz olunmasının qanuniliyini təsdiqləyib. Ancaq birgə verilişlərin buraxılması üçün bundan əldə olunan vəsait kifayət qədər deyil.

Xəbər lenti

Xəbər lenti