...

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçildi

Siyasət Materials 30 May 2006 11:42 (UTC +04:00)

Mayın 29-da Müsavat Partiyasının qurultayı keçirilib. Trend in məlumatına görə, qurultayda partiyanın sədrliyinə, Məclisinə, Mərkəzi nəzarət Təftiş Komissiyasına seçkilər keçirilib.

Əvvəlcə partiyanın başqanı İsa Qəmbər qurultaydan sonra ötən dövr ərzində partiyanın və özünün fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. Sonra Müsavat Partiyasının Nizamnaməsi müzakirəyə çıxarılıb və sənədə bir sıra dəyişikliklər olunması barədə qəbul qəbul edilib. Bu dəyişikliklərə əsasən, partiyanın rəhbər seçkili orqanlarında qadınlara 25 faizlik kvota ilə təmsil olunmaq imkanı yaradılır. Həmçinin Müsavat Partiyası Məclisinin sədri postu təsis olunur. Sonra partiyanın rəhbər strukturlarnıa seçkilər keçirilib. Başqanlığa yalnız İsa Qəmbər namizədliyini irəli sürüb. Səsvermənin nəticələrinə əsasən, İsa Qəmbər 7 nəfərin əleyhinə, 499 nəfərin isə lehinə səs verməsi ilə yenidən Müsavat Partiyasının başqanı seçilib.

Mərkəzi Nəzarət Təftiş Komissiyasına 11 nəfər üzv seçilib. Partiyanın Məclisinə isə 200 nəfərin namizədliyi irəli sürülüb. Səslərin hesablanması prosesi gecə saatlarına qədər və mayın 30-da davam etdirilib. Məclisə keçirilən seçkinin nəticələri bu gün açıqlanacaq. Qeyd edək ki, 200 nəfər arasında ən çox səs toplayan 85 nəfər quruma üzv seçilməlidir.

Xəbər lenti

Xəbər lenti