...

GUAM+4 formatında Qeyri-Hökumət Təşkilatlarının Beynəlxalq Əməkdaşlıq Şurası yaradılacaq

Siyasət Materials 30 May 2006 12:10 (UTC +04:00)

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) GUAM+4 formatında bu ölkələrin QHT-lərinin Beynəlxalq Əməkdaşlıq Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu barədə Trend ə MQF-dən məlumat verilib.

MQF artıq bu istiqamətdə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) və bu quruma üzv olmaq niyyətində olan digər ölkələrin (Polşa, Litva, Bolqarıstan, Rumıniya) qeyri-hökumət təşkilatları ilə məsləhətləşmələr aparır.

4-9 iyunda Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun Buxarestə səfəri çərçivəsində Milli QHT Forumunun prezidenti Azay Quliyev Rumıniyanın qeyri-hökumət təşkilatları ilə görüşəcək. Görüşdə hər iki ölkənin və adları çəkilən digər dövlətlərin QHT-ləri arasında birgə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Beynəlxalq Əməkdaşlıq Şurasının təsis sənədlərini hazırlayacaq İşçi Qrupunun yaradılması müzakirə olunacaq.

MQF hesab edir ki, GUAM+4 formatında bu ölkələrin Qeyri-Hökumət Təşkilatlarının Beynəlxalq Əməkdaşlıq Şurasının yaradılması GUAM ölkələrinin xalqları arasında da yeni əməkdaşlıq perspektivlərinə güclü təkan verəcək.

Xəbər lenti

Xəbər lenti