...

Vətəndaş və İnkişaf Partiyasının təsis qurultayı keçirilib

Siyasət Materials 30 May 2006 12:22 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyasının təsis qurultayı keçirilib. Trend in məlumatına görə, Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilən qurultayda partiyanın rəhbər strutkurları formalaşdırılıb, Nizamnamə və Məramnaməsi qəbul edilib.

205 nəfərin iştirak etdiyi qurultayda partiyanın sədri postuna Əli Əliyevin namizədliyi irəli sürülüb. O, yeni təsis olunan partiyanın sədri seçilib. Sonra partiyanın məclisinə seçkilər keçirilib və 60 nəfər üzvdən ibarət Məclis formalaşdırılıb.

Qurultayda Azərbaycanda mövcud ictimai-siyasi vəziyyət müzakirə edilib, siyasi proseslərə dair Vətəndaş və İnkişaf Partiyasının mövqeyi bildirilib və bununla bağlı qətnamə qəbul olunub. Güney Azərbaycanla bağlı da bəyanat verilib, cənublu soydaşlarmızın öz hüquqları uğrunda apardığı mübarizəyə dəstək nümayiş etdirilib. Partiyanın bundan sonra da "Azadlıq" Siyasi Blokunda təmsil olunacağı bildirilib.

Qeyd edək ki, Vətəndaş və İnkişaf Partiyasını təsis edənlər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) keçmiş üzvləridir. Yeni təsis olunmuş partiyanın sənədlərinin qeydiyyatdan keçməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti