...

Gəncə Biznes Mərkəzi avqust ayında istifadəyə veriləcək

Siyasət Materials 30 May 2006 15:39 (UTC +04:00)

Gəncənin H.Əliyev prospektində inşa edilən Biznes Mərkəzi avqust ayında istifadəyə veriləcək. Bu barədə məlumatı Planet şirkətlər qrupunun rəhbəri Mətləb Nəcəfov verib. Onun sözlərinə görə, binada son tamamlanma işləri aparılır.

Qeyd edək ki, Biznes Mərkəzi 70 nəfərlik mehmanxanadan, 100 nəfərlik konfrans zalından, bir neçə 20-30 nəfərlik treninq otağından, 180 nəfərlik restorandan və 2 kafedən ibarətdir. Nəcəfov bildirib ki, Mərkəz istifadəyə verildikdən sonra təşkilatlar burada müxtəlif səpkili tədbirlərini keçirə biləcəklər.

Xəbər lenti

Xəbər lenti