...

Nazir: Bakıda aqrobiznes investisiyaları üzrə beynəlxalq konfrans aqrar sahədə sahibkarlığın inkişafına kömək edir

Siyasət Materials 30 May 2006 15:55 (UTC +04:00)
Nazir: Bakıda aqrobiznes investisiyaları üzrə beynəlxalq konfrans aqrar sahədə sahibkarlığın inkişafına kömək edir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Kənl Təsərrüfatı Nazirliyi və East Agri Network-ın (Food and Agriculture Organization of the United Nations) təşkilatçılığı ilə Bakıda aqrobiznes investisiyalars sahəsi üzrə beynəlxalq konfrans işə başlayıb. Trend agentliyinin məlumatına əsasən, kənd təsərrüfatı naziri İsmət Abasov tədbirb açaraq bildirib ki, bu növ konfransların keçirilməsi aqrar sahədə sahibkarlıq və əməkdaşlığın inkişafına, müxtəlif ölkələr və beynəlxalq təşkilatlar arasında məlumat mübadiləsinə imkan verir.

Azərbaycan 1995-ci ildən FAO ilə əməkdaşlıq edir. "İndiyə qədər ölkədə aqrar sektorun müxtəlif sahələrinə aid 5 layihə həyata keçirilib" - deyə nazir vurğulayıb.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov deyib ki, hazırda 873,6 min ailə torpaq sahibidir. Aqrar sahədə keçirilən islahatların əsas məqsədi emal müəssisələrinin yaradılmasıdır.

"Yalnız 2002-2006-cı illərdə Sahibkarlığa Yardım Milli Fondun xəttilə 3 549 layihənin gerçəkləşdirilməsi üçün güzəştli şərtlərlə 38,9 mln. manat həcmində vəsait ayrılıb" - deyə N.Səfərov qeyd edib.

Konfransın işində ölkənin biznez qurumlarının, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq donor təşkilatlarının nümayəndələri iştirak edir.

Konfrans 3 sessiyadan ibarətdir: Azərbaycanda aqrar sektorun icmalı, inkişaf potensialı, investorlar üçün praktiki təkliflər, kredit mənbələri və uğurlu investisiya layihələri.

Xəbər lenti

Xəbər lenti