...

Qənirə Paşayeva: "Milli Məclis ABŞ Konqresinə Dağlıq Qarabağın separatçı rejiminə göstərdiyi yardımla bağlı etiraz etməlidir"

Siyasət Materials 30 May 2006 16:26 (UTC +04:00)

Milli Məclis ABŞ Konqresinin Dağlıq Qarabağın separatçı rejiminə göstərdiyi yardımla bağlı rəsmi Vaşinqtona etiraz etməlidir. Trend xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva Milli Məclisin mayın 30-da keçirilən yaz sessiyasının sonuncu iclasında bildirib.

Millət vəkili onu da qeyd edib ki, əgər ABŞ bölgədə Azərbaycanı özünün müttəfiqi hesab edirsə, əgər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, onda separatçı Dağlıq Qarabağ rejiminə necə yardlım ayıra bilər. Q.Paşayeva deyib ki, ABŞ Abxaziya, Cənubi Osetiya, Dnestryanı separatçı rejimlərə də maddi yardım göstərə bilərdi: "Amma rəsmi Vaşinqton Dağlıq Qarabağın separatçı rejiminə hər il artımla maddi yardım göstərir"

Millət vəkili bildirib ki, ABŞ-ın belə bir addımı Azərbaycana qarşı mənfi münasibətin göstəricisidir: "Milli Məclis bu məsələni ABŞ Konqresinin diqqətinə çatdırmalıdır. Birincisi onu bildirməliyik ki, ABŞ Ermənistanla Azərbaycana eyni səviyyədə hərbi yardım etməlidir, ikincisi isə Dağlıq Qarabağa yardımlar dayandırmalıdır".

Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə belə bir məsələnin parlamentdə müzakirəsinə heç bir ehtiyac olmadığını bildirib: "Milli Məclis ABŞ-a necə müraciət edə bilər ki, hansısa dövlətə hərbi yardımını azaltsın və yaxud da artırsın".

Xəbər lenti

Xəbər lenti