...

"Naxçıvan ensiklopediyası"nın çapı Naxçıvanın gələcək nəsillərə və dünyaya tanıdılması deməkdir

Siyasət Materials 30 May 2006 16:47 (UTC +04:00)

28 may -Respublika günü ərəfəsində Naxçıvan şəhər icra hakimiyyətinin akt zalıında "Naxçıvan ensiklopediyasının" təqdimat mərasimi keçirilib. Ensiklopediyada Naxçvan diyarı, onun tarixi, təbiəti, inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, görkəmli şəxsiyyətləri, yeraltı və yerüstü təbii sərvətləri hqqında ətraflı bəhs olunub. Bu universal elmi nəşrdə 2500-ə yaxın məqalə, 18 rəngli xəritə, çoxlu rəngli illüstrasiya materialları verilib. Naxçıvan ensiklopediyası Azərbpaycanın ayrılmaz hissəsi oln Naxçıvan haqqında ilk ensiklopediyadır.

Prezident İlham Əliyevin "Naxçıvan MR-ın 80-illik yübileyinin kençirilməsi haqqında" 2004-cuü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq, Naxçıvan ensiklopediyasının tərkrar nəşr edilməsi qərara alınıb.

Naxçıvan ensiklopediyasının ilk nəşrində istifadə olunan fakt və rəqmlərdə 2000-ci il məlumatlarına istinad edilmişdisə, yeni nəşrdə 2005-ci ilin statstik materialları əsas götürülüb. İki cildlik ensiklopediyada xeyli dəqiqləşmələr aparılıb, 224 sözlük, 3 rəngli xəritə, 97 portret, 142 rəngli şəkil, 37 ağ-qara şəkil əlavə edilib, bir sıra məqalələr yenidən işlənib, tamalanıb, elmin son məlumatlarına əsaslanaraq işlənib və bəzi xətalar aradan qaldırılıb. Bütövlükdə Naxçıvan ensiklopediyasında 3 minə yaxın məqalə dərc edilib, 515 portret, 908 rəngli şəkil, 92 ağ-qara şəkil, 21 rəncli xəritə , 2 xəritə- sxem və 1 ağ-qara mətndaxili xəritə verilib. Naxçıvan xanlarının şədərəfi yenidən işlənib, dəniqləşdirilib və genişləndirilib.

Tədbirdə qeyd olunub kit, Naxçıvanın təbiətindən, tarixindən, ictimai-siyasi, sosil-iqtisadi və elmi-mədəni həyatından bəhs edən bu elmi nəşr Azərbaycanın bu qədim diyarının hərtərəfli şəkildə öyrənilməsi həm bügünkü, həm də gələcək nəsillərə tanıdılması missiyasını uğurla yerinə yetirmək səviyyəsindədir.

Ali Məclisin sədri Vasif Talıbov Azərbaycan Milli Elmlər akademiyasının arxeologiya və etnoqrafiya institutnun aparıcı elmi işçisi Tofiq Babayevin köməkliyi ilə NMR-da yaradılmış qurpun bu kitabın hazırlanmasındakı xüsusi əməyi olduğunu qeyd edib və qrupun üzvlərinə təşəkkürünü bildirib. O, bu münasibətlə bütün Naxçıvan sakinlərini də təbrik edib.

Xəbər lenti

Xəbər lenti