...

Qənirə Paşayeva: "Azərbaycanda yayılan müxtəlif dini təriqətlər cəmiyyətin gələcəyi üçün təhlükə mənbəyinə çevrilib"

Siyasət Materials 30 May 2006 17:03 (UTC +04:00)

Azərbaycanda yayılan müxtəlif dini təriqətlər cəmiyyətin gələcəyi üçün təhlükə mənbəyinə çevrilib. Trend xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva Milli Məclisin mayın 30-da keçirilən yaz sessiyasının sonuncu iclasında bildirib.

Millət vəkili onu da qeyd edib ki, Milli Məclisin payız sessiyasınadək müvafiq komissiyalarda dinlə bağlı məsələlər gündəmə gətirilməlidir.

Q.Paşayeva vurğulayıb ki, ölkəni təriqətlər bürüyüb: "İslam dininə aidiyyatı olmayan, lakin İslam pərdəsi altında fəaliyyət göstərən təriqətlər, xristian missioner təriqətləri cəmiyyəti təhlükə altına alıb". Millət vəkili qeyd edib ki, xristian təriqətinin nümayəndələri əsgəri xidmətdən yayınırlar: "Bildirirlər ki, ermənilər din qardaşları olduğundan onlara atəş aça bilməzlər, hərbidə qulluq etməyi özlərinə yasaq hesab edirlər və s. Bütün bunların qarşısını almaq üçün ciddi iş görülməlidir".

Millət vəkili onu da bildirib ki, əgər biz dinimizi məktəblərdə gənclərimizə vermiriksə, onda onların bir hissəsi məscidlərdə, bir hissəsi isə kilsələrdə müxtəlif təriqətlərin təsirinə düşəcək: "Bu təhlükənin qarşısını almaqdan ötrü ciddi addımlar atmalıyıq".

Xəbər lenti

Xəbər lenti