...

MTN nümayəndələri MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 20-ci iclasında iştirak edəcək

Siyasət Materials 30 May 2006 18:07 (UTC +04:00)

İyunun 1-də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin nümayəndə heyəti Düşənbədə keçiriləcək MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 20-ci iclasında iştirak edəcək. Bu barədə Trend ə MTN ictimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev məlumat verib.

İcalsın gündəliyinə 15 məsələ daxildir. Həmin məsələlər arasında beynəlxalq terrorizmə, qanunsuz silah daşınmasına qarşı birgə mübarizə ilə bağlı müzakirələr də var.

Şura üzvləri həmçinin bir sıra dövlətlərarası saziş layihələrini də müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti