...

YAP 2006-cı ildə Milli Orduya yardım kampaniyası çərçivəsində 15 min manat vəsait köçürüb

Siyasət Materials 30 May 2006 18:47 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Silahlı Qüvvələrə yardım kampaniyası həyata keçirməkdə davam edir. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, YAP-ın bütün strukturları və regional təşkilatlarının fəal iştirak etdiyi kampaniya getdikcə daha böyük miqyas alır, partiyanın çoxsaylı üzvlərini əhatə edir.

Təkcə 2006-cı ildə YAP tərəfindən Milli Orduya yardım kampaniyası çərçivəsində iki aksiya keçirilib. Hər iki aksiya ölkəmizin həyatında əlamətdar bayramlar - Novruz bayramı və 28 may Respublika gününə təsadüf edib. Milli Orduya partiya üzvlərinin fəal dəstəyi ilə baş tutan aksiyalar nəticəsində göstərilən yardımının ümumi məbləği 15 min yeni Azərbaycan manatından çox olub.

Yeni Azərbaycan Partiyası ordumuzun döyüş qüdrətinin gücləndirilməsi məqsədlərinə xidmət göstərən ümumxalq yardımı hərəkatını vacib sayaraq bu xeyirxah fəaliyyətini bundan sonra da davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti