...

Bakıda Rusiya və Ukrayna müdafiə nazirlərinin görüşü keçirilib

Siyasət Materials 30 May 2006 21:00 (UTC +04:00)

Ukraynanın müdafiə qurumunun rəhbəri Anatoliy Qritsenko ilə görüşən Rusiyanün baş nazir müavini, müdafiə naziri Sergey İvanov Rusiya və Ukraynanın müdafiə qurumlarının qarşılıqlı fəaliyyəti və hərbi-texniki əməkdaşlıq məsələlərinin müzakirəsini təklif edib.

Trend agentliyinin "İTAR-TASS"a əsasən yaydığı məlumata görə, Sergey İvanov bu görüşü Bakıya rəsmi səfərindən dərhal sonra başlayıb.

A.Qritsenko öz növbəsində Putin-Yuşenko komissiyasının fəaliyyətini və müxtəlif sahələrdə maraq kəsb edən məsələləri müzakirəyə çıxarmağı təklif edib.

Rusiya hərbi nümayəndə heyətindən bildiriblər ki, Rusiya tərəfi Qara dəniz donanması hərbi hissələrinin yerləşdiyi yerlərdə təftiş keçirilməsi zamanı qarşılıqlı fəaliyyət, eləcə də Rusiya-Ukrayna hərbi-texniki əməkdaşlığı zamanı əldə olunmuş intellektual məhsulların birgə mühafizə hüququ haqqında dövlətlərarası ikitərəfli sazişləri hazırlayıb.

Xəbər lenti

Xəbər lenti