...

Tallin şəhərində Azərbaycanın 28 may - Respublika gününə həsr olunmuş təntənəli mərasim keçirilib

Siyasət Materials 31 May 2006 10:50 (UTC +04:00)

Tallin şəhər muzeyində Azərbaycanın 28 may - Respublika gününə həsr olunmuş təntənəli mərasimdə Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Avropa Şurası ölkələrinin parlament sədrlərinin Tallin sammitində və Finlandiya parlamentinin Helsinkidə keçiriləcək 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi parlament nümayəndə heyəti Estoniyadadır.

O da bildirilib ki, 28 may - Respublika gününə həsr olunmuş toplantıya Türkiyə Böyük Millət Məclisinin, Türkiyənin Estoniyadakı səfirliyinin, Estoniya ictimaiyyətinin nümayəndələri, bu ölkənin təhsil və mədəniyyət nazirləri də qatılıb. Spiker tədbirdə çıxışında Şərqdə ilk demokratik dövlətini quran Azərbaycanın keçdiyi şərəfli tarixi yolunu bir daha təhlil edib.

Tallin şəhər muzeyində Azərbaycanın 28 may - Respublika gününə həsr olunmuş silsilə tədbirlər sırasına ölkəmizin milli-mənəvi tarixini və islam dəyərlərini əks etdirən sərginin açılışı da daxil idi. "Estoniya-Azərbaycan icması" kitabının təqdimat mərasimi 28 may - Respublika gününə növbəti bir hədiyyə olub. Bu kitabda Estoniyadakı Azərbaycan icmasının fəaliyyəti geniş əks olunub.

Xəbər lenti

Xəbər lenti