...

VHP Güney azərbaycanlıların mübarizəsini dəstəklədiyini bəyan edib

Siyasət Materials 31 May 2006 12:49 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının toplantısı keçirilib. Bu barədə Trend ə VHP-dən məlumat verilib. Siyasi Şurada ölkədəki ictimai-siyasi proseslər, o cümlədən Cənubi Azərbaycanda baş verən proseslər müzakirəyə çıxarılıb. Siyasi Şura adından Güney Azərbaycanda keçirilən etiraz aksiyalarına, soydaşlarımızın mübarizəsinə dəstək ifadə olunan bəyanat qəbul edilib.

Bəyanatda bildirilir ki, azərbaycanlılara edilən təzyiqlər uzun illərdir onlara qarşı aparılan assimilyasiya siyasətinin davamıdır. Qeyd olunub ki, İranda ölkə əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinin susdurulması cəhdləri Quzey Azərbaycanda hər kəsin, o cümlədən də VHP-nin kəskin etirazına səbəb olub: "Güneyli qardaşlarımızın mübarizəsinin əsasını insan haqları, Azərbaycan türkcəsinə İranda dövlət dili statusu verilməsi, İranın Ermənistana yardımının dayandırılması və başqa bu kimi milli və siyasi problemlər təşkil edir. Azərbaycan Respublikası İranla dinc qonşuluq münasibətlərini inkişaf etdirmək niyyətini dəfələrlə dünyaya bəyan edib, ABŞ-ın regionda apardığı siyasətin mürəkkəb və həlledici mərhələyə daxil olduğu bir vaxtda da Azərbaycan öz mövqeyindən çəkinməyib və prezident İlham Əliyev ABŞ-a səfəri zamanı bu mövqeyi açıq şəkildə ortaya qoyub. Bütün bunların fonunda İran rejiminin azərbaycanlılara qarşı repressiv siyasəti anlaşılmazdır və açıq-aşkar təxribat xarakteri daşıyır"-deyə bəyanatda vurğulanır.

VHP Güneyli soydaşlarımızın mübarizəsini dəstəklədiyini bildirib və Tehran rejiminin qonşu ölkələrlə münasibətlərinə kölgə sala biləcək, insanlıq və islam normalarına sığmayan qırğın və təzyiqlərdən əl çəkməsini tələb edib.

Xəbər lenti

Xəbər lenti